- Qloballaşma şəraitində dünyada baş verən sosial-iqtisadi, demoqrafik və ekoloji dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması, yaxın və uzaq gələcəyə (2015-ci ilədək) onun sosial-iqtisadi inkişaf meylləri və istiqamətlərinin müəyyənləşdirilməsi strategiyası və proqnozlaşdırılmasının nəzəri-metodoloji və konseptual əsaslarının işlənməsi;
- dünyada baş verən sosial-iqtisadi tərəqqinin müasir təmyüllərinin Azərbaycanın ictimai sisteminin transformasiyası və sosial-iqtisadi inkişaf strategiyasına təsiri fonunda ölkədə yeni bazar iqtisadiyyatı münasibətlərinin formalaşması qanunauyğunluqları, sosial-iqtisadi inkişaf modeli, strukturu və onları tənzimləyən iqtisadi qanunlar sisteminin tədqiqi;
Respublikada aparılan iqtisadi siyasətin, o cümlədən aqrar islahatların və aqrar siyasətin sosial-iqtisadi nəticələrinin öyrənilib ümumiləşdirilməsi və onların gələcək inkişaf istiqamətlərinin konseptual əsaslarının işlənməsi;
XX əsrdə Azərbaycanın iqtisadi tarixinin və iqtisadi fikrinin formalaşması və inkişafının yeni baxımdan tədqiq edilib öyrənilməsi və ümumiləşdirilməsi;
- dünyada gedən sosial-demoqrafik dəyişikliklər fonunda Azəbaycanın demoqrafik vəziyyətinin keçmiş, müasir və gələcək inkişaf meyllərinin aşkara çıxarılıb öyrənilməsi, intellektual insan, əmək və kadr potensialının formalaşdırılması və istifadəsi strategiyasının, əmək bazarı meyllərinin, məşğulluq, işsizik, əhalinin sağlamlığı, həyat səviyyəsi və sosial müdafiəsinin müasir durumunun ümumiləşdirilməsi və qiymətləndirilməsi, yeni şəraitə uyğun dövlətin demoqrafiya, məşğulluq, miqrasiya və sosial siyasət konsepsiyasının formalaşdırılması və təkmilləşdirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması;
- İqtisadiyyatın dövlət tənzimlənməsinin əsas istiqamətləri, metod və mexanizmlərinin, dövlətin yeni maliyyə, pul və kredit siyasəti ilə bağlı məsələlərin tədqiq edilməsi;
Müstəqil Azərbaycan Respublikasının iqtisadi idarəetmə strukturu və metodlarının müasir durumunun öyrənilməsi əsasında elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması;
İnvestisiya siyasətinin nəzəri-metodoloji əsaslarının öyrənilməsi əsasında onun həyata keçirilməsi metod və mexanizmlərinin təkmilləşdirilməsi yollarının tədqiqi; Bazar proseslərinin xalq təsərrüfatında makro və mikro iqtisadi dəyişikliklərə təsirinin müəyyənləşdirilməsi;
- Beynəlxalq inteqrasiya və Azərbaycan Respublikasının yeni xarici iqtisadi münasibətlərinin formalaşdırılması, xarici iqtisadi əlaqələrin qurulmasının əsas istiqamətlərinin (coğrafi-iqtisadi baxımdan) düzgün müəyyən edilməsi, sivil dövlətlərlə, habelə MDB ölkələri ilə xarici iqtisadi əlaqələrin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi problemlərinin tədqiq edilməsi;
Azərbaycanda milli sahibkarlığın formalaşdırılması və inkişafının sosial-iqtisadi və təşkilati-idarəetmə problemlərinin öyrənilməsi;
- Yerli resuslardan və təbii sərvətlərdən, dövlət və xarici investisiyalardan səmər əli istifadə etmək və sosial-iqtisadi inkişafın dövlət tənzimləmə mexanizmini yenidən qurmaq əsasında məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, regionlarda istehsalın inkişafı, xalq təsərrüfatının sahə və ərazi quruluşunun təkmilləşdirilməsi tədbirlərinin, habelə Azərbaycanın regionlarında təbii sərvətlərdən istifadənin iqtisadi-ekoloji aspektlərinin kompleks tədqiq edilməsi və s.